Qadin.NET / İnstagram-da şəkil paylaşdı, ölümlə hədələndi - FOTO

İnstagram-da şəkil paylaşdı, ölümlə hədələndi - FOTO

İnstagram-da şəkil paylaşdı, ölümlə hədələndi - FOTO


Londonlu Skarlet London sosial şəbəkələrdə trollinqə və ölüm təhdidlərinə məruz qalıb. O, polisə ünvanladığı şikayətində belə deyib.

Səbəb isə 24 yaşlı Skarletin İnstagram-dakı profilində paylaşdığı fotodur.

Yataq otağında çəkilmiş fotoda Skarlet çarpayıdadır. Çarpayının üzərində iki çiyələk qoyulmuş nimçə, kətə dolu qab var. Divarlardan şarlar asılıb, Skarletin əlində isə fincan var.

Skarlet bu fotonu "İdeal səhər" adlandırıb və yazıb: "Ən yaxşı günlər təbəssümdən və pozitiv fikirlərdən başlayır. Və çiyələk. Və çay".

Foto paylaşılandan sonra Skarlet təhqir olunub, aşağılanıb, hədələnib.

İnstagram istifadəçilərini sinirləndirən məqam Skarlet Londonun manipulyasiyalarıdır.

Belə ki, onun əlində tutduğu fincan boş idi, "kətələrlə dolu nimçə"də isə adi tortilyalar vardı. Üstəlik, çarpayıda oturmuş Skarlet döşəkağını belə, kənara çəkməmişdi. Yəni onun yuxudan oyanmaması açıq-aşkar görünürdü.

Minlərlə tənqidi şərh alan Skarletin dediyinə görə, bu foto "Listerine" losyonunun reklamı idi.

Ekspertlər isə ölümlə təhdid olunan Skarletin zəngin görünmək istəyinin uğursuzluğa düçar olduğunu deyiblər. Onların fikrincə, sosial şəbəkə istifadəçilərinin sinirləndirən də Skarletin saxtakarlığı olub.

İnstagram-da şəkil paylaşdı, ölümlə hədələndi - FOTO

İnstagram-da şəkil paylaşdı, ölümlə hədələndi - FOTO


3 sentyabr 2018
GO BACK