Amerikalı müğənni Castin Timberleyk “Saltbae” hərəkəti ilə dünyada populyarlaşan türkiyəli qəssab Nüsrət Gökçenin restoranından şikayət edib.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, amerikalı ifaçı Nüsrətin Nyu-Yorkda məşhurların axın etdiyi ət restoranına gedib. İddiaya görə, ulduz hesabı görüncə şoka düşüb. C.Timberleyk pulu qəpiyinə qədər ödəsə də, restorandan şikayət edib. Ulduz bildirib ki, hesab həddən artıq gəlib.
Bu xəbər Amerikadakı bəzi internet saytlarında yer alıb. Xatırladaq ki, “Independent” qəzetinin yemək tənqidçi Robert Sietsema da "Qiymətlər şişirdilib, porsiyalar da kiçikdir" deyə irad bildirmişdi.