Qadin.NET / HAVA necə olacaq?

HAVA necə olacaq?

HAVA necə olacaq?


Bakı və Abşeron yarmadasında sentyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24°, gündüz 27-32° isti təşkil edəcək.

Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti olacağı gözlənilir. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil və Şıx) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacağı ehtimalı var.

2 sentyabr 2018
GO BACK