Qadin.NET / "Kraliça" dəfn olundu-FOTO

"Kraliça" dəfn olundu-FOTO

"Kraliça" dəfn olundu-FOTO


Dünən ABŞ-ın Detroyt şəhərində dünyanın ən məşhur müğənnisi, "ritm-n-blyuz və soul kraliçası" adlandırılmış Areta Franklin dəfn olunub.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, dəfn mərasimində Areta Franklinin 1975-ci ildə ifa etdiyi "Freeway of Love" mahnısının şərəfinə çəhrayı rəngdə 130 "Cadillac" avtomobili vardı.

"Cadillac"ın Detroytdakı baş ofisi də A.Franklinin xatirəsinə çəhrayı rəngə boyanmışdı.

Detroytun meri Mayk Daqqanın dediyinə görə, şəhərdəki parklardan birinə Areta Franklinin adı veriləcək.

Dəfndən sonra məşhur müğənninin xatirəsinə həsr olunmuş tribüt-konsert olub.Konsertdə Ariana Qrande, Cennifer Hadson, Kuinsi Cons, Stivi Uander, Fentezi Barrino, Yolanda Adams, Ron Ayli, Şirli Sizar, Feyt Hill, Cennifer Holidey və Çaka Xan kimi məşhur sənətçilər A.Franklinin mahnılarını ifa ediblər.Birləşmiş Ştatların sabiq prezidenti Bill Klinton da mərasimdə nitq söyləyib.Nitqinin sonunda o, telefonunu mikrofona yaxınlaşdırıb və orada The Supremes qrupunun "You Keep Me Hangin' On" mahnısının Areta Franklinin ifasında səsləndirib.77 yaşlı Areta Franklin avqustun 16-da mədəaltı vəzin xərçəngindən vəfat edib.Müğənni ilə vida mərasimi 28-30 avqust günlərində keçirilmişdi.Areta Franklin doğma Detroyt şəhərinin mərkəzindəki Vudlon qəbristanlığında dəfn olunub.Dəfn mərasiminə ABŞ prezidenti Donald Tramp dəvət olunmamışdı. Sabiq prezident Barak Obama isə mərasimə qatılmamışdı.
"Kraliça" dəfn olundu-FOTO

"Kraliça" dəfn olundu-FOTO

"Kraliça" dəfn olundu-FOTO

"Kraliça" dəfn olundu-FOTO

"Kraliça" dəfn olundu-FOTO

"Kraliça" dəfn olundu-FOTO

"Kraliça" dəfn olundu-FOTO

"Kraliça" dəfn olundu-FOTO

"Kraliça" dəfn olundu-FOTO

"Kraliça" dəfn olundu-FOTO


1 sentyabr 2018
GO BACK