Qadin.NET / Azərbaycanlı professordan MÖHTƏŞƏM YENİLİK -Tibbdə inqilab!

Azərbaycanlı professordan MÖHTƏŞƏM YENİLİK -Tibbdə inqilab!

Azərbaycanlı professordan MÖHTƏŞƏM YENİLİK -Tibbdə inqilab!


Avqust ayının 28-də Azərbaycan Tibb Universitetinin Cərrahiyyə korpusunda gerçəkləşdirilən əməliyyatla nəinki Azərbaycan, hətta dünya səviyyəsində bir ilkə imza atılıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, sözügedən yenilik Tibb Univeristetinin Cərrahiyyə korpusunun birinci mamalıq-ginekologiya kafedrasının professoru Şahbaz Şahbazov tərəfindən gerçəkləşdirilib. O, hamiləliyi 5 ildir 16-cı həftəsində yarımçıq qalan pasiyentə hamiləlik dövründə cərrahi müdaxilə edərək övlad sahibi olmasına kömək edib:

“Pasiyentimiz 5 ildir ailə həyatı qurmasına baxmayaraq, övlad sahibi ola bilmirdi. Ananın uşaqlıq orqanı dölün böyüməsini saxlaya bilmədiyi üçün 16-cı həftəsində açılış verirdi. Bu tibbdə diaqnoz olaraq uşaqlıq boyu çatışmazlığı adlanır. Bu kimi hallarda isə ənənəvi üsuldan istifadə edilirdi. Ənənəvi üsul isə qarın boşluğuna girmədən, aşağıdan-vaginal yolla cərrahi müdaxilədir. Pasiyentə bu üsulla 3 dəfə cərrahi əməliyyat aparılsa da, heç bir nəticə əldə edilə bilməyib. Lakin mən bu dəfə yenilik etdim. Amerikalı və türkiyəli cərrahlar bu əməliyyatın bir başqa formasını icra edirlər, lakin mən bu üsula yeni bir modifikasiya gətirdim. Bilirsiz ki, hamiləlik dövründə uşaqlıq boyunda hər hansı əməliyyat aparmaq təhlükəlidir, dölün düşmə təhülkəsi ilə yanaşı, ana üçün də risk ehtiva edir. Bu əməliyyata qədər bizim kollektiv çox gərgin proseslər aparıb. Əməliyyata hazırlıq ərəfəsində müxtəlif müalicə üsulları tətbiq edilib. Nəhayət pasiyentə hamiləlik dövrünün 14-cü həftəsində, hamilə uşaqlıq boyunda (üzərində) rekonstruktiv əməliyyat apardıq. Yəni, qarın boşluğundan cərrahi əməliyyatla dölün xaric olmasının qarşısı alınaraq, uşaqlıq boyunun ətrafında süni həlqə yaradıldı. Bunu ilk dəfə səhiyyə sistemində mən tətbiq etdim və uğurlu nəticə əldə etdik. Vaxtilə süni materialdan istifadə edilərək bir çox cərrahi proseduralar həyata keçirilsə də, autoplastika ilk dəfə tətbiq edilir. Autoplastika vasitəsilə uşaqlıq boyunun dxili dəliyini yaratdım və hamiləliyin yarıda qalmasının qarşısını aldıq. Xəstəmiz avqust ayının 28-də, hamiləliyin 35-ci həftəsində qeysəriyyə üsulu ilə övladını dünyaya gətirib. 2,3 kq çəkidə tam sağlam oğlan uşağı doğulub. Ananın səhhətində də heç bir problem yoxdur, sabah ana və uşağın evə yazılması planlaşdırılır”.

Professorun sözlərinə görə, bu prosedurun tətbiqi cəmiyyət arasında geniş yayılan sosial problemin həllinə kömək edəcək:

“5 ildir övlad həsrətində olan ailənin övlad sahibi olmasına vəsilə olduq. Bu ailə kimi yüzlərlə ailələrimiz var ki, bu problemlə qarşılaşır və bu məsələ də öz-özlüyündə cəmiyyətdə digər problemlərə yol açır. Düşünürəm ki, bununla Azərbaycan və dünya səhiyyəsinə yeni bir töhfə verdim. Bu kimi hamiləliyi yarıda qalan xəstələrə cərrahi müdaxilə edərək hamiləliyin yarıda dayanmasına mane olmaq olar”.

Azərbaycanlı professordan MÖHTƏŞƏM YENİLİK -Tibbdə inqilab!


31 avqust 2018
GO BACK