Qadin.NET / ABŞ-dan Meksikaya uzanan gizli tunel aşkarlandı

ABŞ-dan Meksikaya uzanan gizli tunel aşkarlandı

ABŞ-dan Meksikaya uzanan gizli tunel aşkarlandı


Meksikadan ABŞ-ın Arizona şəhərində yerləşən KFC restoranına gedən yeraltı tunel tapılıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 180 metrlik tunel Meksikadakı bir evin yataq otağından başlayaraq bir müddətdir işləməyən KFC restoranına uzanır.

Bu tuneldən narkotik maddə qaçaqmalçılığı üçün istifadə edilib. Binada bir neçə paket metamfetamin, kokain, heroin və cərrahi əməliiyatlarda istifadə edilən alfentnil tapılıb. Maddələrin İvan Lopez adlı şəxsə məxsus olduğu aşkar edilib.

İnsanın ayaq üstə dura biləcəyi böyüklükdə olan gizli tunel Lopezin evində və sahibi olduğu binada aparılan axtarışlar zamanı kəşf edilib.

Qeyd edək ki, son 28 ildə ABŞ-Meksika sərhədində 200-dən çox bənzər tunel aşkarlanıb. 

31 avqust 2018
GO BACK