Bu ilki qəbul imtahnlarında tələbə adını qazanan ən yaşlı şəxs Atakişi Ağayevdir.
Qadin.Net xezerxeber.az -a istinadən bildirir ki, 55 yaşlı Lənkəran sakini qəbul imtahanında 121 bal toplayıb. Bu nəticə ilə o, Bakı İslam Universitetinin Dinşunaslıq fakültəsinə qəbul olunsada burda oxumaq fikri yoxdur. Atakişi Ağayev Lənkəran İslam Kollecində təhsil almaq niyyətindədir. İmtahanda topladığı ballar da burda təhsil almaq üçün kifayət edir.
Çoxları onun bu yaşda ali məktəblərə qəbul üçün imtahan verməsini təəccüblə qarşılasa da, Atakişi Ağayev bunu normal sayır. Savad almağın heç bir zaman gec olmadığını deyir. Elə ailəsi də bu qərarında ona dəstək verib.
3 övlad 4 nəvə sahibi olan Atakişi Ağayev indiyə qədər bir neçə dəfə imtahan versə də qəbul ola bilməyib. Bu il ilk dəfə tələbə adını qazanan 55 yaşlı kişi ilahiyyətçi olmaq niyyətindədir.