Türkiyənin Şanlıurfa bölgəsində Şedadi tayfasından olan vəkil Cəlal Geçgəllə Dinay tayfasından olan Yasemin Özdemir evlənib.
Qadin.Net oxu.az-a istinadən bildirir ki, toydakı hədiyyə vermə mərasimində gəlinin üstünə üç kiloqram ağırlığında qızıl taxılıb.
Bildirilir ki, iraqlı iş adamlarının da qonaq olduğu toya iki min nəfər qatılıb.
Qeyd edək ki, gəlin və bəy rəqs edən zaman isə onların başına tökülən dollarların sayı-hesabı olmayıb.