Qadının ombasını böyütmək istəyi canı bahasına başa gəlib.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, arxasını şişirtmək istəyən 29 yaşlı qadın dünyasını dəyişib.
İngiltərənin Lidz şəhərində yaşayan Leah Cambridge (Liah Kembric) omba dikləşdirmə əməliyyatı üçün 4000 dollara yaxın pul xərcləyib.
Türkiyənin İzmir şəhərindəki "Elite Aftercare Clinic"də əməliyyata girən qadın həkim bacarıqsızlığının qurbanı olub. O, əməliyyat masasında ölüb.
Leahın ölüm səbəbi bilinmir.
Qeyd edək ki, Türkiyədə bu əməliyyatın qiyməti İngiltərəyə nisbətdə xeyli ucuzdur.