Qadin.NET / Tarkanın həyatından bəhs edən film çəkiləcək-FOTO

Tarkanın həyatından bəhs edən film çəkiləcək-FOTO

Tarkanın həyatından bəhs edən film çəkiləcək-FOTO


Meqastar Tarkan tamaşaçılarına sürpriz hazırlayır.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, hazırda xanımı Pınar Tevetoğlu və qızı Liya ilə Almaniyada olan ifaçı həyatından bəhs edən film üçün rejissor axtarışındadır.

Doğulduğu gündən şöhrət qazandığı günə kimi və 45 il ərzində dəfələrlə ölümlə üz-üzə gəldiyi həyat hekayəsini tamaşaçıların ixtiyarına vermək istəyən Tarkan artıq film üçün ssenari də yazıb.

Ssenariyə əsasən film sənətçinin hələ doğulmamış ölümlə rastlaşdığı andan başlayacaq. Belə ki, müğənninin anası Neşe Xanım Tarkana hamilə olduğunu bildikdə ailə vəziyyətinin kasıb olduğunu nəzərə alıb onu götürtmək istəyib. Lakin yuxuda ona Tarkanın bir zamanlar çox məşhur və imkanlı biri olacağı deyildiyi üçün anası onu öldürməyib.

Daha sonra kiçik yaşlarında özündən böyük qardaşı ilə at sürərkən atdan yıxılıb və güclü xəsarət alıb. Həkimlərin “Bu uşaq yaşamaz” deməsinə baxmayaraq, o, ayaqda qalıb.

Almaniyada doğulub böyüyən Tarkan 15 yaşında babası xəstə olduğu üçün ailəsi ilə Türkiyəyə köçüb. Rastlaşdığı insanlar sayəsində müğənniliyə başlayıb.

Filmdə daha hansı hadisələrin olacağı və Tarkanın özünün ekran işində rol alıb-almayacağı hələ ki, bəlli deyil.

Tarkanın həyatından bəhs edən film çəkiləcək-FOTO

Tarkanın həyatından bəhs edən film çəkiləcək-FOTO


29 avqust 2018
GO BACK