Qadin.NET / Albano Bakıya gəlir

Albano Bakıya gəlir

Albano Bakıya gəlir


Məşhur italyan müğənni Al Bano Bakıda keçiriləcək Cüdo üzrə Dünya Çempionatının açılış mərasiminə qatılacaq.
 Axşam.az-ın məlumatına görə, 75 yaşlı sənətçi Azərbaycana Beynəlxalq Cüdo Federasiyasının (IJF) dəvəti ilə gələcək. O, sentyabrın 20-də Milli Gimnastika Arenasında keçiriləcək tədbirdə konsert proqramı ilə çıxış edəcək.Daha çox “Felicita” mahnısının ifaçısı kimi tanınan Al Bano ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının açılış mərasimində IJF-nin himnini oxuyub və yarım saatlıq konsert proqram ilə çıxış edib.Qeyd edək ki, bu günə qədər Al Banonun dünyada 165 milyon albomu satılıb. Al Bano Karrizi 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir.Bakıda təşkil olunacaq cüdo üzrə dünya çempionatı 20-27 sentyabrda keçiriləcək.
28 avqust 2018
GO BACK