Qadin.NET / Ayfon həvəskarlarına şad xəbər

Ayfon həvəskarlarına şad xəbər



"Əpl" şirkəti yaxın zamanlarda üç yeni "Ayfon" smartfonu təqdim edəcək.

Qadin.Net Milli.Az -a istindən xəbər verir ki, yeni modellər dizayn baxımından "Ayfon X" seriyasına bənzəyəcək.

Flaqman modeli 6,5 düymlük "OLED" displeylə təchiz ediləcək. Bu, "Əpl"ın mövcud modellərindən və ümumi olaraq mobil telefon bazarında ən böyük smartfonlardan biri olacaq. O də "Ayfon X" kimi ikili kameraya malik olacaq.

İkinci modelin displeyi 5,8 düymdür. Onun əsas üstünlüyü şəkilləri yüksək keyfiyyətlə çəkməsi olacaq.

Ayfon-8-i əvəz etmək üçün hazırlanan üçüncü modelin qiyməti ucuz olacaq. Bu model ucuz LCD texnologiyasına aid 6,1 düymlük ekran ilə təchiz ediləcək. O, 2013-cü ildə istehsal edilən Ayfon-5S-ə bənzəyəcək.

Bildirilib ki, 6,5 və 5,8 düym ekranlı smartfonlar iki simkartlı olacaq.

27 avqust 2018
GO BACK