Qadin.NET / Məşhur aktyor kitab yazır-FOTO

Məşhur aktyor kitab yazır-FOTO

Məşhur aktyor kitab yazır-FOTO


Məşhur türk aktyoru və rejissoru Buğra Gülsoy yazıçı olmaq qərarına gəlib.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, Gülsoy ilk roman kitabı üçün bir şirkətlə müqavilə də imzalayıb.

Buğranın qələmə alacağı roman həyatda baş verən hadisənin motivləri əsasında olacaq. Hadisələr 1900-cü illərdə baş verib və sevgi və müharibədən bəhs edir.

Buğra yeni kitabı haqqında deyib: "Adını gizli saxlayıram. Amma hadisələr 1900-cü illərdə baş verib. Sevginin yerini qəzəbin aldığı, ümidlərin tükəndiyi bir dövrdə Osmanlı imperiyasından Fransa, İspaniya, İngiltərə və Almaniyaya uzanan qaçaq bir yol yolçusunun əsl hekayəsidir".
Kitab 2019-cu ildə satışa çıxacaq.

Məşhur aktyor kitab yazır-FOTO


27 avqust 2018
GO BACK