Qadin.NET / Kənan Doğulunun konsertində dava düşdü-FOTO

Kənan Doğulunun konsertində dava düşdü-FOTO

Kənan Doğulunun konsertində dava düşdü-FOTO


Türkiyənin məşhur simalarından olan, pop musiqi janrının əvəzsiz ifaçısı Kənan Doğulunun konsertində yumruqlar havada uçuşub. "Bu konsert Kənana uğur gətirmədi" deyə fikirlər yayılmağa başlayıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bir ay fasilə ilə Türkiyənin Alaçatı bölgəsinin ən lüks çimərliklərindən birində konsert proqramı ilə fanatlarını sevindirən Kənan Doğulu talesiz davaların qurbanı olub. Belə ki, səhnədə ard-arda iki böyük dava düşüb.

Onlardan ən çox danışılanı isə elit təbəqənin playboy kimi tanıdığı Hakan Sabancı oğlunun"çiynimə toxundu" deyərək bir başqa tamaşaçı ilə əlbəyaxa olması idi. Konsert proqramını ayaq üstə dinləmək üçün belə 5 min türk lirəsi verən kənansevərlər konsertdən olduqca məyus ayrılıb.

Mühafizəçilər onları ayırmağa çalışsa da, Hakan Sabancı oğlu və digərləri stol üzərində olan şüşələri, stəkanları ətrafa ataraq gərginlik yaradıblar. Çətinliklə də olsa onların hər ikisi ərazidən uzaqlaşdırılıb.

Kənan Doğulu isə konsert sonrası yaşananlar haqqında açıqlama verməkdən imtina edib.

Kənan Doğulunun konsertində dava düşdü-FOTO

Kənan Doğulunun konsertində dava düşdü-FOTO


27 avqust 2018
GO BACK