Qadin.NET / Almaniyada bomba səbəbindən 20 minə yaxın insan təxliyə edildi

Almaniyada bomba səbəbindən 20 minə yaxın insan təxliyə edildi

Almaniyada bomba səbəbindən 20 minə yaxın insan təxliyə edildi


Almaniyanın Lüdviqshafen şəhərində tapılmış II Dünya müharibəsi illərinə aid yarımtonluq aviabombanın zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat zamanı 18,5 mindən çox insan təxliyə edilib.

Qadin.Net  report-a istinadən xəbər verir ki, Amerika istehsalı olan bomba çərşənbə günü tikinti işləri zamanı tapılıb, onun zərərsizləşdirilməsinə isə bazar günü başlanıb.

Bunun üçün ətrafdakı evlərin sakinləri köçürülüb, ərazi dövrəyə alınıb. Təhlükəli tapıntının zərərsizləşdirilməsi prosesi 1 saat vaxt aparıb, daha sonra sakinlər öz evlərinə qayıdıblar, nəqliyyatın hərəkəti bərpa olunub.

27 avqust 2018
GO BACK