Qadin.NET / Anjelika və Aqutin ayrılıq xəbərləri ilə gündəmdədirlər

Anjelika və Aqutin ayrılıq xəbərləri ilə gündəmdədirlər

Anjelika və Aqutin ayrılıq xəbərləri ilə gündəmdədirlər


Anjelika Varum və Leonid Aqutin cütlüyünün ailə həyatının dağılmaq üzrə olması haqda xəbər yayılıb.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Varumun ayrılıqla bağlı paylaşdığı şeir olub. Aqutinin gənc aktrisa ilə eşq yaşadığı iddia edilib. 


Sosial şəbəkədə yayılan xəbərlərə görə, həmin gənc aktrisa Elina Çaqadır. Müğənni Elina ilə "Qolos" yarışması zamanı tanış olub. Onun istedadını görən Aqutin qızı öz komandasına götürüb. 

Qıza xüsusi diqqət ayıran Leonid şou bitəndən sonra da onunla münasibəti davam etdirib. Onlar arasında təkcə iş yox, sevgi münasibətlərinin də olduğu deyilib. izləyicilər Elinanın ünvanına "Aqutini ailəsindən ayırdınız" kimi tənqidi şərhlər yazıblar. 

Gizli mənbənin dediyi xəbərə görə, Aqutin və Elina bir-birinə olan sevgisini gizlətmir. Onlar restoranlardan birində ətrafdakı insanlara əhəmiyyət vermədən səmimi davranışları ilə diqqət çəkiblər. 

Anjelika və Aqutin ayrılıq xəbərləri ilə gündəmdədirlər

Anjelika və Aqutin ayrılıq xəbərləri ilə gündəmdədirlər


26 avqust 2018
GO BACK