Qadin.NET / Mənzil kirayəyə verənlərə xəbərdarlıq

Mənzil kirayəyə verənlərə xəbərdarlıq



Vətəndaş evini kirayə verdiyi zaman qanuna görə, kirayə pulunun 14 faizini vergi kimi ödəməlidir. Ancaq rieltorlar deyirlər ki, hazırda bu qaydaya ev sahibləri tərəfindən əməl olunmur

Əgər vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verirsə, bu zaman

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, onun vergi orqaninda uçota alinmaq, aldiği kirayə pulundan vergi ödəmək və vergi orqanina bəyənnamə təqdim etmək kimi öhdəliyi yaranmir.

Ancaq vətəndaş evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayəyə verərsə, özü yaşadığı yer üzrə vergi orqanına müraciət edərək VÖEN almalıdır. Bundan sonra, VÖEN-i olan ev sahibi kirayə haqqından əldə etdiyi gəlirdən dövlət büdcəsinə müəyyən edilmiş qaydada vergi ödəməlidir.

Kirayə ilə bağlı qanunvericiliyə riayət etməyən şəxsləri isə cərimə gözləyir. Belə ki...

Müəyyən olunmuş müddətdə vergi orqanlarinda uçota alinmamağa və hesabat təqdim edilməməsinə görə hər bir nöqsana görə ayri-ayriliqda 40 manat məbləğində maliyyə sanksiyasi tətbiq edilir

Verginin hesabatda göstərilən məbləğin faktiki məbləğə nisbətən azaldilmasina, habelə vergi məbləğinin hesabat təqdim etməməklə yayindirilmasina görə azaldilmiş və ya yayindirilmiş məbləğin 50 faizi miqdarinda maliyyə sanksiyasi tətbiq edilir

Vergi ödənişi gecikdirildikdə ödəmə müddətindən sonraki hər bir gün üçün, ancaq bir ildən çox olmamaqla, vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Vergi Məcəlləsinə əsasən, kirayə haqqının məbləği müqavilədə tam göstərilmədiyi və ya əmlak müqavilə olmadan icarəyə verildiyi halda vergi orqanları icarə müqaviləsində göstərilən qiymətlə deyil, bazar qiymətləri əsasında vergiləri hesablamaq səlahiyyətinə malikdir.

25 avqust 2018
GO BACK