Qadin.NET / Meqanın qardaşı növbəti məktubuyla sarayda səs-küy yaratdı-FOTO

Meqanın qardaşı növbəti məktubuyla sarayda səs-küy yaratdı-FOTO

Meqanın qardaşı növbəti məktubuyla sarayda səs-küy yaratdı-FOTO


Sasseksk hersoginyası Meqan Marklın ögey qardaşı Tomas Markl bacısı ilə atasının münasibətlərinin korlanmasında şahzadə Harrini günahlandırıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Tomas Markl bu barədə uzun müddət jurnalistlərə heç bir müsahibə verməyib, lakin bu yaxınlarda gözlənilmədən kraliça II Elizabetə məktub göndərib. Həmin məktubda Tomas kraliçaya yalvarıb ki, bacısını incitməsin və Diana kimi vaxtından tez ölməsinə səbəb olmasın. Bununla kifayətlənməyən Tomas bu günlərdə “Mailonline” Britaniya nəşrinə müsahibə verib və əlbəttə ki, bacısından danışıb:

 

“İndi Meqan tamam başqa olub, o, mən xatırladığım kimi deyil. O, çox qayğıkeş idi, bütün ailəsinə qulluq edirdi, bu, onun üçün vacib idi. Meqan Hollivuda gəldikdən sonra tamamilə dəyişdi. Düşünürəm ki, özü də bunu başa düşür. Əgər o, şahzadə Harri ilə evlənməsəydi, hətta "Fövqəladə Vəziyyətlərdə" serialında çəkilməyə davam etsəydi, hazırda baş verənlərə son qoyardı. Əminəm ki, o vaxt tapıb atasını ziyarət edərdi”.

 

Hersoginyanın qardaşı onu da etiraf edib ki, kral ailəsi Meqanın qohumlarından utandıqları üçün çox məyus olub. Tomas Markl bəyan edib ki, öz atasından üz döndərən Meqan ailəsi ilə problemləri yoluna qoymalıdır, lakin yeni statusuna görə bunu etmir. "O, özünü hamıdan üstün tutur”, - deyə hersoginyanın ögey qardaşı bildirib.

 

“Onlar Middltonları qəbul edirlər, başa düşmürəm ki, bizim ailə onlardan nə ilə fərqlənir. Onlar atam barədə düşünə bilərdilər və o, xoşbəxt olardı”.

 

Sonda isə Tomas Markl kral ailəsinin birinci gəlini Keyt Middltonun qadağan olunmuş preparatların satışı ilə məşğul olduğu üçün gündəmə gələn əmisi barədə xatırladıb.

 

25 avqust 2018
GO BACK