Qadin.NET / Yerə asteroid yaxınlaşır

Yerə asteroid yaxınlaşır

Yerə asteroid yaxınlaşır


Yer kürəsinə Xeops ehramı böyüklüyündə asteroid yaxınlaşır.

Qadin.Net trend-ə istinadən xəbər verir ki, Yer kürəsindən 7,5 milyon kilometr məsafədən keçəcək asteroid "potensial təhlükə" hesab olunur.

Asteroidin ölçüsü 70-160 metr diametrindədir. Alimlərin hesablamalarına görə, asteroid saniyədə 9 kilometr sürətlə hərəkət edir və avqustun 29-da planetimizə ən yaxın məsafədən keçəcək.

Qeyd edək ki, yaxın 100 il ərzində Yer kürəsinin asteroidlə toqquşma ehtimalı sıfıra bərabərdir.

25 avqust 2018
GO BACK