Qadin.NET / 11 min tamaşaçı "Çukur"dan şikayət etdi-FOTO

11 min tamaşaçı "Çukur"dan şikayət etdi-FOTO

11 min tamaşaçı  "Çukur"dan şikayət etdi-FOTO


Türkiyə Radio və Televiziya Şurasına (RTÜK) 2018-ci ilin son 6 ayı ərzində seriallardan şikayət daxil olub.
 Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ümumi olaraq Şuraya 30 min 358 şikayət məktubu göndərilib. 

Onlardan 11 min 599 şikayət "Çukur", 7 min 659 şikayət "Sen Anlat Karadeniz", 2 min 145 şikayət "Yeni Gelin" və 207 şikayət "Avlu" serialı haqdadır.

Tamaşaçılar adı çəkilən seriallara cəza verilməsini, yayımının dayandırılmasını və ya onları nümayiş etdirən kanalın bağlanmasını tələb ediblər.

Bildirilib ki, tamaşaçılar serialda ümumi əxlaq, mənəvi və ailə dəyərlərin pozulması halları ilə rastlaşıblar.
25 avqust 2018
GO BACK