Qadin.NET / Pişik və it balalarının dükanlarda satışı qadağan olunur

Pişik və it balalarının dükanlarda satışı qadağan olunur

Pişik və it balalarının dükanlarda satışı qadağan olunur


İngiltərə höküməti altı aydan kiçik yaşlı pişik və it balalarının dükanlarda və lisenziyalı heyvan satıcıları tərəfindən satılmasını qadağan etməyə hazırlaşır.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, heyvan hüquqları müdafiəçilərinin hazırladığı və hökümətin dəstəklədiyi təkliflər qanuna çevrildiyi zaman altı aydan kiçik yaşlı pişik və it balalarını, ancaq heyvan sığınacaqlarından və ya birbaşa yetişdiricilərindən almaq mümkün olacaq.

Hələlik müzakirə mərhələsində olan qanun pişik və itlərin qorunması məqsədilə həyata keçirilir.

Hazırda qüvvədə olan qanuna görə, lisenziyası olan dükanlar və üçüncü şəxslər pişik və it artırılması ilə məşğul olan fermalardan əldə etdikləri balaları sata bilirlər.

Heyvan hüquqları müdafiəçiləri üçüncü şəxslər və dükanlarda satılan balaların analarından erkən ayrılmasının, bir yerdən başqa bir yerə daşınarkən və yaxşı olmayan şəraitdə saxlanılmasının bir çox sağlamlıq probleminə səbəb olduğunu deyirlər.

Pişik və it balalarının dükanlarda satışı qadağan olunur


Luna altı həftəlik olduğu halda 10 həftəlik iddiası ilə internetdə satılıb.
 Yeni qanun layihəsi "Lucy Qanunu" adı altında kampaniya aparan heyvan hüquqları müdafiəçilərinin zəfəri sayılır."Lucy Qanunu" kampaniyası, adını köpək artırılması ilə məşğul olan bir fermada çətin şərtlərdə böyüyən bir itdən götürüb.
Heyvan hüquqları müdafiəçi qrupu təkliflərini 150 min imza ilə təklif edib və may ayında ona parlamentdə baxılıb.Satış qadağası təklifini dəstəkləyən Mühafizəkarlar partiyası hökümətinin Ətraf mühit naziri Michael Gove deyib ki, "heyvanların yaşayış şərtlərini nəzərə almayan insanlar bu səfil ticarətdən bundan sonra qazanc əldə edə bilməyəcəklər".Ölkədə neçə pişik və it balasının bu yolla satıldığının qeydləri aparılmasa da, heyvanların mühafizəsi dərnəyindən Blue Cross (Mavi Xaç) Britaniyada hər il 40-80 min it balasının satıldığını ehtimal edir.Ətraf Mühit Nazirliyi də lisenziya ilə it və pişik balaları satan dükanların və şəxslərin sayının 100-dən aşağı olduğunu açıqlayıb.Heyvan hüquqları müdafiə qrupları təkliflərinə əlavə olaraq heyvan sığınacaqlarında daha ciddi qaydalara tabe edilməsini və heyvan artıran fermaların bağlanılmasını istəyir.Heyvan artıran dərnəklər də öz növbəsində bunun heyvanların qanunsuz, qara bazarda tamamilə nəzarətdən kənar alınıb-satılmasına gətirib çıxara biləcəyi barədə xəbərdarlıq ediblər.
24 avqust 2018
GO BACK