Qadin.NET / Ben Afflek müalicə olunacaq-FOTO

Ben Afflek müalicə olunacaq-FOTO

Ben Afflek müalicə olunacaq-FOTO


Dünyanın ən məşhur aktyorlarından biri, 46 yaşlı Hollivud ulduzu, rejissor və ssenarist Ben Afflek xəstəxanaya aparılıb.

Səbəb onun son vaxtlar əyyaşlığa qapılmasıdır.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, tanınmış teleaparıcı Lindsi Şukas onu tərk edəndən sonra Ben Afflek depressiyaya qapılıb, hər gün içməyə başlayıb.

Afflekin sabiq arvadı, aktrisa Cennifer Qarner bundan xəbər tutan kimi ərinin yanına yollanaraq onun Malibudakı "The Canyon Treatment Center"ə müalicəyə getməsinə nail olub.

Afflekin Los-Ancelesdə, şəhərin "Pacific Palisades" səmtindəki 19 milyon dollarlıq villasında sabiq əri ilə saatlarla "müzakirə"lər aparandan sonra Qarner əri ilə birlikdə hospitalın nəzdindəki reabilitasiya mərkəzinə yollanıblar.

Ben Afflek və Cennifer Qarner 10 illik ailə həyatından sonra 2015-ci ildə ayrılıblar. Onlar məhkəməyə müraciət etsələr də, hələ rəsmən boşanmayıblar və üç övladlarını - 12 yaşlı Violet, 9 yaşlı Serafina və 6 yaşlı Semüel - birlikdə böyüdürlər.

Şukasın onu tərk etməsindən sonra Afflek Playboy modeli, 22 yaşlı Şona Sekstonla münasibətlər qurub.

46 yaşlı Ben Afflek əvvəllər iki dəfə spirtli içkilərdən asılılıqdan müalicə olunub.


Ben Afflek müalicə olunacaq-FOTO

Ben Afflek müalicə olunacaq-FOTO


24 avqust 2018
GO BACK