"Sen anlat Karadeniz" serialının ikinci mövsümünün ilk tanıtım çarxı yayımlanıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, baş rollarda Tuna Astepe, İrem Helvacıoğlu və Mehmet Ali Nuroğlunun çəkildiyi ekran işi "ATV" kanalında yayımlanacaq.
Qeyd edək ki, serial ilk bölümü ilə böyük tamaşaçı kütləsi toplaya bilib. Reytinqləri alt-üst edən ekran işinin mövzusu 16 yaşında atası tərəfindən biznesmenə (Vedat) satılan qız (Nəfəs) və onu xilas edən Karadenizli bir oğlan (Tahir) haqqındadır.
Ekran işinin rejissoru Osman Sınavdır.