Qadin.NET / Ancelina Coli və Bred Pitt razılışa gəldilər-FOTO

Ancelina Coli və Bred Pitt razılışa gəldilər-FOTO

Ancelina Coli və Bred Pitt razılışa gəldilər-FOTO


Hollivud ulduzları Ancelina Coli ilə Bred Pitt arasındakı qalmaqal bitmək üzrədir. 

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, boşanma ərəfəsində olan cütlük arasında razılıq olub. Bir müddətdir uşaqlarını Pittə göstərməyən Colini yola gətiriblər. 

Avqustun 21-də keçirilməsi planlaşdırılan növbəti məhkəmə prosesi təxirə salınıb. Buna görə də hakimin verdiyi son qərar qüvvədədir. Coli və Bred bu qərarı icra etməyə razılaşıblar. 

Qərara görə Bred istədiyi vaxt uşaqları görə, Coli olmadan onlarla vaxt keçirə bilər. Aktrisa isə uşaqların yanında olub, onlara nəzarət etmək istəyir. Aktyorların vəkilləri bununla bağlı bir araya gəliblər və onlar məsələni müzakirə ediblər.

Coli uşaqların atasə ilə telefonla danışmasına da icazə verib.

23 avqust 2018
GO BACK