Aparıcı Mehmet Ali Erbil səhnəyə əlil arabasında çıxıb.
Qadin.Net Milli.Az -a istinadən məlumat verir ki, Erbil "Vertigo" adlı xəstəliyə tutulub. İzləyicilər ona alqışlarla dəstək veriblər. Tədbirdə iştirak edənlər əvvəlcə aparıcının zarafat etdiyini düşünsələr də, sonradan gerçək olduğunu anlayıblar. Mehmet Ali bu barədə qısa açıqlama verib:
"Bunu zarafat olaraq anlaya bilərsiniz. Amma elə deyil. Gəzərkən problem yaşayıram. Səhnəyə də əlil arabasında çıxmağa məcbur oldum".
Qeyd edək ki, "Vertigo" sabit dayanarkən belə ətrafdakı əşyaların hərəkətdə olduğunu hiss etdirən xəstəlik növüdür.