Britaniyalı model Keyt Qrant "Ultimate Beauty of The World" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Keyt belə bir müsabiqədə qalib gələn ilk daun sindromlu qızdır.
Bundan sonra 19 yaşlı Qrant bir il ərzində müsabiqənin təşkilatçıları tərəfindən keçirilən fotosesiya və bir sıra tədbirlərdə iştirak edə biləcək. Eyni zamanda Keyt gələn il keçiriləcək müsabiqənin jüri heyətinə daxil ediləcək.
"Ultimate Beauty of The World" beynəlxalq gözəllik müsabiqəsi Şimali İrlandiyanın Portadaun şəhərində keçirilib. Müsabiqə üç yaş kateqoriyasında-uşaqlar, yeniyetmələr və 20 yaşdan yuxarı qızlar arasında keçirilib. Müsabiqədə çəki, yaş və ailə vəziyyətindən asılı olmayaraq istəyən qız iştirak edib. Ümumi olaraq yarışa 40-dan çox qız qatılıb.