Müsəlmanların müqəddəs qibləgahında bir ilk yaşanıb.
Qadin.Net Publika.az-a istinadən xəbər verir ki, Həcc ziyarətinə gedən iordaniyalı ailənin övladı müqəddəs Məkkədə dünyaya gəlib.
“Vadah” adı verilən körpə Ərəfat dağında doğulan ilk körpə kimi tarixə düşüb.
Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, körpə tarixdə Ərəfat dağında anadan olan ilk insandır. Körpənin atası Məhəmməd İbrahim oğlunun Ərəfatda doğulmasının onlar üçün də sürpriz olduğunu bildirib.