Məşhur müğənni Rianna vətəni Barbadosda toy mərasiminə qatılıb.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 30 yaşlı Rianna dünyaca populyar müğənni olsa da, uşaqlıq rəfiqələrini unutmayıb. O, ən yaxın rəfiqəsi Sonita Aleksanderin toyunda əylənib.
Toyun nikah hissəsindən sonra ziyafət və rəqslər başlayıb. Rianna rəfiqəsini və təzə bəy Raymondu təbrik edəndən sonra Sonita ilə rəqs edib.
Ertəsi gün isə o, Nyu-Yorkda keçirilmiş "MTV VMA Awards" mükafatlarının təqdimat mərasimində iştirak edib.