Qadin.NET / Hərbçi diplomunu 83 ildən sonra aldı

Hərbçi diplomunu 83 ildən sonra aldı

Hərbçi diplomunu 83 ildən sonra aldı


ABŞ-da təqaüdə çıxmış 105 yaşlı keçmiş hərbçi Bill Voqt 1935-ci ildə ala bilmədiyi diplomunu 83 ildən sonra əldə edib.

Bill Voqt İkinci Dünya və Koreya müharibələrində ABŞ donanmasında xidmət edib. Sonra bir müddət Pentaqonda işləyib və oradan da təqaüdə çıxıb.

B.Voqt üçün San Dieqo Universitetinin şəhərciyində xüsusi mərasim təşkil edilib. Universitetin nümayəndələri onun həmin dövrdən indiyə qədər sağ qalan yeganə hərbçi olduğunu bildiriblər.

105 yaşlı keçmiş hərbçi 1931-ci ildə ali məktəbə daxil olsa da, məzun olduqdan sonra iş axtardığı üçün buraxılış mərasimində iştirak etməyib və buna görə də o, diplom ala bilməyib 

20 avqust 2018
GO BACK