Qadin.NET / Qurbanlıq qoçların satılacağı ünvanlar-SİYAHI

Qurbanlıq qoçların satılacağı ünvanlar-SİYAHI

Qurbanlıq qoçların satılacağı ünvanlar-SİYAHI


Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək.

 

Nazirlikdən  verilən məlumata görə, yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur.

 

21-23 avqust tarixlərində keçiriləcək yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub. Satış üçün nəzərdə tutulan 20 min baş heyvan Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstan Respublikasından gətirilib. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir.

 

Bundan başqa Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara ümumilikdə 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək.

 

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.

 

Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək:

 

Bakı şəhəri üzrə

 

Nərimanov rayonu

 

Əliyar Əliyev küçəsi, 26 (“Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)

Əlyar Əliyev küçəsi, 36a (“Təbriz” KM, Keşlə bazarı)

Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı)

 

Suraxanı rayonu

 

Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı

Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, “V” massivi

 

Binəqədi rayonu

 

Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi)

Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (“Dördyol” adlanan yer)

Binəqədi qəsəbəsi, Gülüstan massivi, döngə 15 (Heyvan bazarının yanı)

Cəfər Xəndan küçəsi, 54, “Oazis” restoranının yanı (“Ət pavilyonu” adlanan ərazi)

 

Xətai rayonu

 

Zığ yolu (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)

 

Yasamal rayonu

 

Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 7

Xiyabani küçəsi, 10c

Şərifzadə küçəsi 196, “İdeal” şadlıq sarayının həyəti

 

Nizami raronu

 

Mehdi Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsi

Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsi

 

Səbail rayonu

 

20-ci sahə (Badamdar şosesi)

Bayıl bazarı, Gülbala Əliyev küçəsi

 

Xəzər rayonu

 

Qala-Pirallahı yolu, “Lambir“ müəssisənin arxası

 

Qaradağ rayonu

 

Lökbatan qəsəbəsi (“Meyvəli” MMC-nin ərazisi)

 

Sabunçu rayonu

 

Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72, “Arzu” şadlıq sarayının yanı

Sabunçu qəsəbəsi, şəhər şosesi döngə 6, “Sabunçu” mərasim evinin yanı

Ramana qəsəbəsi, Şuşa şəhərciyi, “Pətək” marketin yanı

Zabrat qəsəbəsi,” Azmeat” MMC

Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi

Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi, “Araz” marketin yanı

Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6

Maştağa qəsəbəsi “Kanal” marketin yanı

Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi

Nardaran qəsəbəsi, Axundzadə küçəsi 107

Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov 24 keçmiş “Sərhan” marketin yanı

 

Bölgələr

 

Gəncə şəhəri

 

Yeni Gəncə qəsəbəsi, 2в„–-li məktəbin yanı

 

Neftçala rayonu

 

Neftçala bazarı, Məhəmməd Əsədov küçəsi

Xili qəsəbəsi

Bankə qəsəbəsi

Həsənabad qəsəbəsi

 

Şamaxı rayonu

 

Şamaxı şəhər stadionun yanı

 

Göyçay rayonu

 

Rayon ərazisində fəaliyyət göstərən heyvan satışı bazarı (Göyçayın Ağsu tərəfdən girişi)

 

İsmayıllı rayonu

 

“Yaşıl market”

 

Lənkəran şəhəri

 

Bakı-Astara magistral yolunun 200 kilometrliyində, Lerikə dönən yolun solunda, Şiləvar kəndi ilə üzbəüz.

 

Ağdaş rayonu

 

Zeynəddin kəndi, mal bazarı

 

Quba rayonu

 

Heydər Əliyev prospekti, “Ət bazarı” deyilən ərazidə

 

Şirvan rayonu

 

18 в„–-li məktəbin həyəti

16 в„–-li məktəbin həyəti

 

Şəki şəhəri

 

Şəki şəhərinin “Çöl yolu” adlanan ərazisində yerləşən heyvan satışı bazarı

20 avqust 2018
GO BACK