Türkiyəli məşhur aktrisa Neslihan Atagül 26-cı doğum gününü qeyd edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, həyat yoldaşı Kadir Doğulu Neslihanı "İnstaqram" səhifəsində paylaşdığı fotosu ilə təbrik edib.
Aktyor fotonun şərh bölməsinə "Artıq ən gözəli 26... və bilməlisən ki, səninlə gözəl hər anı... Yaxşı ki doğlumusan, həyatımın anlamı" sözlərini qeyd edib.
Qeyd edək ki, "Fatih Harbiye" serialında baş rolları bölüşən və orada tanış olan cütlük 2016-cı ildə evlənib.