Koreya savaşında ayrı düşən ailələr 65 il sonra qovuşublar.
Qadin.Net Milli.Az -a istindən bildirir ki, Şimali və Cənubi Koreya arasındakı münasibətlərin normallaşma prosesinə keçməsindən sonra 89 nəfərlik Cənubi koreyalı heyət Şimala keçib. Onlar 1950-1953-cü illərdə baş verən savaşdan bu yana görmədikləri qohumları ilə görüşüblər.
Şimali Koreyadan 83, Cənubi Koreyadan 89 nəfər qohumları ilə görüşüb. Şimala keçən ən yaşlı insan 101 yaşındadır.
Cənubi Koreyadan gələn qrup sərhədi avtobusla keçib. 3 gün Şimalda qalacaq olan qrup əskərlərin nəzarəti altında 11 saat yaxınları və qohumları ilə görüşəcək. Cənubdan gələn qonaqlar paltar, dərman və qida aparıb. Son 18 il ərzində 20 dəfə bu tip görüşlər keçirilib.