Qadin.NET / Varlıların yeni dəbi

Varlıların yeni dəbi

Varlıların yeni dəbi


Qərb ölkələrində yaşayan varlılar arasında yeni trend dəbə düşüb.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, orqanizm dondurma əməliyyatı varlıların yeni dəbidir. Orqanizmin mənfi 196 dərəcəd mühafizə edilib dondurulduğu proses ölümə qalib gəlməyin yeni bir yolu kimi görünür. Gələcəkdə də yaşamaq ümidi ilə 150 min dollar 200 il müddətinə beyinlərini və orqanizmin digər hissələrini donduran iş adamları və varlılar 200 il sonra oyanaraq yenidən yaşayacaqlarına inanırlar.

Bu xidmət iki ABŞ şirkəti tərəfindən təqdim edilir. Arizonada Alkor və Miçiqandakı "Cryonics" institutları tərəfindən həyata keçirilir. Təkcə Alkor institutuna bu xidmət üçün 1000 nəfər müraciət edib və ödəniş edib. Xidmətdən yararlanan bir ingilis iş adamı deyib:

"Daha həyəcanlı heç nə düşünə bilmirəm. 200 və ya 2000 il sonra yenidən oyanıb yeni bir həyat yaşaya biləcəyimi düşünürəm".

18 avqust 2018
GO BACK