Müğənni Bengü ötən gün Kuruçeşmedə paparassilərin obyektivinə tuş gəlib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, toyuna sayılı günlər qalan sənətçi bal ayına getməyəcəklərini deyib.
İş adamı Selim Selimoğlu ile avqustun 29-da nikah masasına oturacaq müğənni hazırda toy həyəcanı yaşadığını bildirib.
Bengü bildirib ki, oktyabrda yeni albom üçün studiyaya girəcək. Sənətçi toydan sonra tez bir zamanda hamilə qalmaq istədiyini gizlətməyib.