Qadin.NET / Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər

Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər

Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər


Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilsə də, qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində bu, ödənişli şəkildə həyata keçirilə bilər.

Qadin.Net trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib.

Onun sözlərinə görə, bu gün məktəbəhazırlıq qruplarının ödənişli olması məsələsi gündəmdə deyil: "Məktəbəhazırlıq qruplarında təhsilin ödənişli həyata keçirilməsi üçün Təhsil Nazirliyindən razılıq alınmalıdır".

İ.Abdullayeva hazırda məktəblərdə yaradılan məktəbəhazırlıq qruplarının ödənişsiz əsaslarla fəaliyyət göstərdiyini, növbəti tədris ili üçün sənəd qəbulu elan edilən məktəbəhazırlıq qruplarının da ödənişsiz olacağını söyləyib.

15 avqust 2018
GO BACK