Qadin.NET / Ölən balasını 17 gün kürəyində daşıdı

Ölən balasını 17 gün kürəyində daşıdı

 

Ölən balasını 17 gün kürəyində daşıdı



 

Kanadanın Vankuver adası sahillərində maraqlı hadisə qeydə alınıb.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, "Balina Tədqiqatları Mərkəzi"nin mütəxəssisləri bildiriblər ki, ölmüş balasnı Haro Boğazında bəzən kürəyində, bəzən də burnuyla itələyərək üzdürən ana balina 1 600 km məsafə qət edib. Sonra isə digər balinalara qoşularaq yas mərasimini bitirib.

Qatil balinalar ölən balalarını bir həftə özləri ilə daşıyırlar. Amma 17 gün artıq rekorddur. Mütəxəssislər "J35" adlandırılan və bir neçə gündür mətbuatın diqqətini cəlb edən balinanın sağlamlığından narahat idilər. Amma Mərkəzdən verilən məlumata əsasən, heyvanın vəziyyəti yaxşıdır.

20 avqust 2018
GO BACK