Çalışdığı inşaat başa çatandan sonra ev sahiblərindən pulunu ala bilmədiyinii iddia edən 31 yaşlı usta 3 evi viran qoyub.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, olay İngiltərənin Hartfordşir qraflığındakı Bantinqford şəhərində yaşanıb.
Polisdən verilən məlumata görə, 31 yaşlı usta qonşu olan 3 evin tikintisində 5 ay işləyib. O, evlərin damlarını vurub, pəncərələrini qoyub, rəngsaz işlərini yerinə yetirib.
Evlər hazır olandan sonra isə usta ev sahiblərinin vədləri ilə üzləşib, ona çatası pulu ala bilməyib. Ev sahibləri hər dəfə bir bəhanə ilə ustanı get-gələ salıblar.
31 yaşlı ustanın da səbr kasası daşıb və o, 3 evdən birini buldozerlə darmadağın edib.
"O biri evlərin sahiblərini xəbərdar edirəm: pulumu verməsələr, onların da evini dağıdacağam", - usta gülərək deyibmiş.
Polis bu şəxsi həbs edib.