Qadin.NET / Zibillikdən 30 min dollarlıq bəxt üzüyü tapıldı-FOTO

Zibillikdən 30 min dollarlıq bəxt üzüyü tapıldı-FOTO

Zibillikdən 30 min dollarlıq bəxt üzüyü tapıldı-FOTO


ABŞ-ın Kaliforniya ştatındakı San-Dieqo şəhərində yaşayan ailənin xanımı brilyant qaşlı bəxt üzüyünü təsadüfən zibil qutusuna atmışdı.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 30 min dollar dəyərindəki üzüyü şəhərin kommunal xidmətinin əməkdaşları taparaq sahibəsinə qaytarıblar.

Xanımın dediyinə görə, evdə yır-yığış edərkən təsadüfən üzüyü də zibillə birlikdə qutuya atıb. O, üzüyün zibil qutusuna atıldığının fərqinə varanda zibil artıq şəhər zibilxanasına aparılmışdı.

Ailə şəhərin hakimiyyət dairələrinə üz tutaraq yardım istəyib.

Kommunal təsərrüfatın rəhbərliyi GPS yazıları vasitəsilə məhz hansı zibil maşının o məhəlləyə girdiyini, hara getdiyini dəqiqləşdiriblər. Sonra zibilxanada axtarış aparılıb və cəmi 4 dəqiqəyə üzük tapılıb.

Zibillikdən 30 min dollarlıq bəxt üzüyü tapıldı-FOTO


13 avqust 2018
GO BACK