Qadin.NET / Stalinin “ölüm maskası” rekord qiymətə satıldı - FOTO

Stalinin “ölüm maskası” rekord qiymətə satıldı - FOTO

Stalinin “ölüm maskası” rekord qiymətə satıldı - FOTO


Keçmiş SSRİ lideri İosif Stalinin ölümündən sonra üzünün qəlibindən hazırlanan bürünc maskalardan biri İngiltərədə hərraca çıxarılıb.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, "ölüm maskası" adı verilən maska və yanındakı iki əl fiquru gözləniləndən xeyli yüksək qiymətə - 17200 dollara satılıb.

Maskanı alan kolleksiyaçının hərraca xarici ölkədən telefon vasitəsilə qoşulduğu bildirilir.

Qeyd edək ki, Stalinin belə bir maskası 2012-ci ildə 4500 dollara satılmışdı.



12 avqust 2018
GO BACK