Qadin.NET / Şəkil çəkdirdilər, ölümdən döndülər!-FOTO

Şəkil çəkdirdilər, ölümdən döndülər!-FOTO

Şəkil çəkdirdilər, ölümdən döndülər!-FOTO


Antalyada şəkil çəkdirmək istəyən cütlük qəribə hadisə ilə üzləşib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, hamiləliyinin 8-ci ayında olan  Elif Demir adlı qadın doğacak körpəsinə xatirə olması məqsədi ilə fotosessiya etdirmək qərarına gəlib.

O, əri İsmail Saygılı ilə birgə Antalyanın Alanya əyalətində yerləşən bir oteldə və sahildə fotosessiya etdirib. Fotoqraf cütlüyün şəkillərini əvvəlcə oteldə, daha sonra sahildə lentə alıb.

Bu zaman isə əyalətdə yaşayn 8 kişi əllərində silah və daşlarla onlara hücum ediblər. Fotoqraf qaçsa da, Elif və İsmail ələ keçib. Kişilər “Bu ərazi bizimdir. Sizə bizim ərazidə şəkil çəkdirməyə kim icazə verib? Bu dəqiqə fotoqraf gəlsin və bütün şəkilləri silsin” deyiblər. 

Qorxuya düşən Elifi sancı tutub və onu tez təcili yardım vasitəsilə xəstəxanaya aparıblar. Xəstəxanadan çıxdıqdan sonra isə cütlük həmin sakinləri polisə verib və körpələri üçün xatirə olaraq lentə almaq istədikləri anı heç vaxt unutmayacaqlarını bildiriblər.

Şəkil çəkdirdilər, ölümdən döndülər!-FOTO

Şəkil çəkdirdilər, ölümdən döndülər!-FOTO

Şəkil çəkdirdilər, ölümdən döndülər!-FOTO


10 avqust 2018
GO BACK