Qadin.NET / Heyvan kəsimi ilə bağlı XƏBƏRDARLIQ

Heyvan kəsimi ilə bağlı XƏBƏRDARLIQ

Heyvan kəsimi ilə bağlı XƏBƏRDARLIQ


"Hər il Qurban bayramı ərəfəsində küçələrdə və yol kənarlarında heyvan kəsimi kütləvi xarakter daşıyır. Nəticə etibarı ilə baytarlıq-sanitariya və gigiyena normaları kobud şəkildə pozulur. Bunla bağlı lazımi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirib və bayramla əlaqədar müqvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün ən optimal yerlər müəyyən olunub.

Qadin.Net bildirir ki, bu barədə Milli.Az-a açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev bildirib.

M.Piriyev qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində küçə və yol kənarlarında qurbanlıq heyvan satmaq və ya kəsmək istəyən şəxslərə yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılacaq kəsim məntəqələrinin xidmətlərdən istifadə etməyi tövsiyə edir: "Bununla bağlı həmin şəxslər əvvəlcədən yerli icra orqnlarına müraciət edə bilər. Əlavə edim ki, bu cür yerlərdə kəsimdən əvvəl və sonra baytarlıq nəzarəti həyata keçiriləcəkdir".

 

9 avqust 2018
GO BACK