Rusiyanın Yuqra şəhərinin 100-lərlə yerli sakini səmada kosmik obyektlərin uçuşunun şahidi olublar.
Sakinlər Nefteyuqansk - Surqut avtomobil yolunun üzərində yadplanetli obyektlərin fəallığını videoya çəkə biliblər.
Videoçarx kanalların birində dərc ediləndən dərhal sonra şəbəkə istifadəçiləri UNO-nun uçuşunu şərh etməyə başlayıblar. Bəziləri onun meteorit olduğunda təkid etsələr də, başqaları əmindirlər ki, bu, "gəlmələr" idi.
Səmadakı sirli predmet haqda daha dəqiq məlumatı ufoloqlar verəcək.