Qadin.NET / Kitab yarmarkasına "start" verildi

Kitab yarmarkasına "start" verildi

Kitab yarmarkasına "start" verildi


Hədəf Nəşrləri bir aylıq kitab sərgisinə başlayır

Qadin.Net bildirir ki, “Hədəf” Nəşrləri və “XAN” nəşriyyatı Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti Kitab Sərgi-Yarmarkasına start verir. Sərgi-Yarmarka avqust ayının 15-dən etibarən bir ay müddətində Binəqədi rayonunda yerləşən H.Əliyev adına parkda keçiriləcək. Həftənin bütün günləri təşkil olunacaq Kitab Sərgi-Yarmarkası hər gün saat 11:00-dən 22:00-yə qədər davam edəcək. Sərgi müddətində “XAN” nəşriyyatının yazarlarının oxucularla görüş günləri nəzərdə tutulub.

Qeyd edək ki, sentyabrın 15-nə qədər davam edəcək Kitab Sərgi-Yarmarkasında nəşrlərə böyük endirimlər olacaq.

Kitab yarmarkasına "start" verildi


9 avqust 2018
GO BACK