Dünyanın ən populyar aktyorlarından biri, Hollivud ulduzu Bred Pitt sabiq xanımı, aktrisa Ancelina Colinin alimentlərin ödənilməməsi ilə bağlı ittihamlarına cavab verib.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, 54 yaşlı Pittin vəkillərinin yaydıqları bəyanata görə, aktyor 43 yaşlı sabiq xanımı ilə münasibətləri kəsəndən bəri aliment qismində toplam olaraq 9 milyon dollar ödəyib.
Pitt və Coli boşanma prosesini davam etdirirlər.
A.Colinin vəkilləri məhkəməyə müraciət edərək bildiriblər ki, Pitt Colidən ayrılandan bəri ona və övladlarına "heç bir əhəmiyyətli məbləğ ödəməyib".
"Bu iddialar və ittihamlar həqiqətə uyğun deyil. Bredd Pitt artıq sabiq arvadı Ancelina Colidən ayrılandan sonra ona 8 milyon dollar verib ki, yeni ev ala bilsin. Coli övladları ilə hazırda həmin evdə yaşayırlar. Bundan başqa, Bredd Pitt sabiq arvadı Colinin və birgə uşaqlarının xərclərini ödəmək üçün hesablara 1,3 milyon dollar ödəyib", - Pittin vəkilləri yazıblar.
Onlar Ancelina Colini boşanma prosesi ilə bağlı mediada manipulyasiyalar aparmaqda, yanlış məlumatlar yaymaqda da ittiham ediblər.
Bred Pitt sabiq xanımının dediklərini şərh edərkən deyib: "Gözünün içinədək yalan deyir".