Qadin.NET / 28 mindən çox abituriyent ixtisas seçib

28 mindən çox abituriyent ixtisas seçib

28 mindən çox abituriyent ixtisas seçib


Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, saat 11.00-a olan məlumata əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 8973, II ixtisas qrupu üzrə 6589, III ixtisas qrupu üzrə 7729, IV ixtisas qrupu üzrə 2408 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 895, II ixtisas qrupu üzrə 723, III ixtisas qrupu üzrə 643, IV ixtisas qrupu üzrə 247 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda isə ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 692 nəfərdir.

Ümumilikdə bütün ixtisas qrupu üzrə 28 856 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, müsabiqəyə yalnız iyulun 30-dan avqustun 13-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

7 avqust 2018
GO BACK