Özbəkistanın "Uzbekkonsert" dövlət birliyi toylar üçün tövsiyə olunan mahnıların siyashını hazırlamağı planlaşdırır.
Qadin.Net Sputnik-ə istinadən bildirir ki, bu barədə qurumun mətbuat xidməti bildirib.
Məlumatda qeyd edilir ki, arzusunda olan hər kəs şənliklər üçün uyğun olan mahnıları göndərməklə siyahının hazırlanmasına qoşula bilər
"Uzbekkonsert" vətəndaşlardan təkliflərini öz ünvanına göndərməyi və telefonla zəng edərək bildirməyi xahiş edir.
Qeyd edək ki, daha əvvəl "Uzbekkonsert" toylara və digər şənliklərə dəvət edilməsi tövsiyə olunan artistlərin də siyahısını hazırlayıb. Hər bir artisti üçün ifasının qiyməti də göstərilib.
Xatırladaq ki, Özbəksitan prezidenti Şövkət Mirzəyev ölkədə toy mərasimlərinin miqyasının məhdudlaşdırılması üçün tədbirlər həyata keçirir. Dövlət başçısı hökumət və region rəhbərlərinin diqqətinə çatdırıb ki, dəbdəbəli toylar ailələri müflis edir. Bununla əlaqədar respublikada mütəmadi olaraq gənclərin nümunə götürə biləcəyi "təvazökar" töylar keçirilir.