Qadin.NET / Duasıyla xiyar yetişdirən bağban-FOTO

Duasıyla xiyar yetişdirən bağban-FOTO

 

Duasıyla xiyar yetişdirən bağban-FOTO



 

"Artıq 17 ildir ki, bostanımdakı istixanada meyvə-tərəvəz yetişdirirəm. Hələ burada belə böyük tərəvəz olmamışdı".

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Britaniyanın Derbi şəhərində yaşayan 75 yaşlı Raqbir Sinqh Sanqera yetişdirdiyi xiyarla fəxr edir.

O, 129,5 sm uzunluğunda xiyarın olduğu tağı hər gün sulayır, dibini belləyir.

Üstəlik, hər səhər xiyar tağının yanında oturub üç saat dua edir.

"Bu xiyar dualarımla yetişdi. Xüsusilə də "Muul Mantar" duasını tez-tez təkrarlayıram. İsti hava, üstəlik də dualarım möcüzə yaratdı", - 75 yaşlı Sanqera söyləyib.

Ekspertlərin dediklərinə görə, qoca bağbanın yetişdirdiyi xiyar "Cucumis meloflexuosus" və "Cucumis sativus" növlərinin calağı olduğu üçün Ginnesin Rekordlar Kitabına düşə bilməyə bilər. Bəzi ekspertlər isə Sanqeranın xiyar yox, xiyara bənzəyən yemiş yetişdirdiyini vurğulayırlar.

Sanqera xiyarı dərəndən sonra onu Nottingem şəhərində yaşayan dostu Sinqh Sabşa Qurdvaraya yollayacağını deyib.

Duasıyla xiyar yetişdirən bağban-FOTO

Duasıyla xiyar yetişdirən bağban-FOTO

Duasıyla xiyar yetişdirən bağban-FOTO


6 avqust 2018
GO BACK