Müğənni Sibel Canın bu mövsüm ən zəngin türkiyəli məşhur olacağı bildirilir.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ifaçı bu gündən etibarən yay turnesinə çıxır.
17 şəhərdə konsert proqramı ilə çıxış edəcək Sibel Canın ümumilikdə 3 milyon 200 min lirə (təxminən 1,5 milyon AZN) qazanacağı vurğulanır.
Belə ki, hər konsertdən sənətçinin 180-200 min lirə (təxminən 100 min AZN) qonorar alacağı deyilir.
Məlumata əsasən, Sibel Can konsertləri üçün 35 ədəd bahalı libas sifariş verib.