Sosial şəbəkənin fəaliyyətində problemlər Bakı vaxtı ilə 20:00-dan etibarən müşahidə olunub.
Qadin.Net trend-ə istinadən bildirir ki, istifadəçilərin böyük əksəriyyəti ümumiyyətlə şəbəkənin fəaliyyətsizliyindən şikayətlənirlər (43%).
Eyni zamanda bəzi istifadəçilər öz səhifələrinə daxil ola bilmirlər (32%) və yaxud mobil əlavələrdən istifadələri mümkünsüzdür (24%).
Sosial şəbəkənin işində ən ciddi problemlər isə ABŞ, Argentina, Böyük Britaniya, Macarıstan, Hindistan, Filippin, İtaliya, Ukrayna və Gürcüstanda müşahidə olunub.