Qadin.NET / Ən qəribə "kitabxanalar"-FOTO

Ən qəribə "kitabxanalar"-FOTO

Ən qəribə "kitabxanalar"-FOTO


Bu kitab mağazasında kitablar vannada, səbətlərdə, və gəmi formalı rəflərdə saxlanılır.

Qadin.Net Milli.Az-a istinadən  xəbər verir ki, Venesiyada "Libreria Acqua Alta", "Yüksək su kitabçısı" adlanan bu kitabevi dünyanın müxtəlif yerlərindən gələn kitabsevərlərin böyük marağına səbəb olur.

Mağazanın qurucusu 72 yaşlı Luici Frizzo bildirib ki, o, özünün dünya səyahətindən sonra belə bir mağaza açmaq qərarına gəlib. Bu məkan fərqli dizayn olunduğuna görə kitabsevərlərin Venesiyada baş çəkdiyi ilk yerlər siyahısındadır.

Kitab mağazasının girişində siz "dünyanın ən gözəl kitab mağazasına xoş gəldiniz" yazısını görəcəksiniz. İçərisində müxtəlif sahələrə aid yeni və ikinci əl kitabların toplandığı mağazada köhnə ensiklopediyalardan hazırlanan kiçik nərdivan, yerdən tavana qədər yığılmış kitablar var.

Mağazanın qapısı kanala açıldığından möhtəşəm görüntü ortaya çıxır.

Ən qəribə "kitabxanalar"-FOTO

Ən qəribə "kitabxanalar"-FOTO

Ən qəribə "kitabxanalar"-FOTO


3 avqust 2018
GO BACK